AZ

Gündə 1 qaşıq kifayətdir: Xərçəng hüceyrələrinə qarşı təsirlidir

ABŞ-da Rutgers Universiteti və Hunter Kollecində aparılan tədqiqat zeytun yağının təkcə ürək və beyin sağlamlığına deyil, həm də xərçənglə mübarizədə təsirli ola biləcəyini göstərib.

Tədqiqata görə, zeytun yağında olan təbii bir maddə – oleokantal, bəzi xərçəng hüceyrələrini cəmi 30 dəqiqə ərzində məhv edə bilir. 

News24.az bildirir ki, bu maddə hüceyrənin “tullantı emalı mərkəzi” hesab edilən lizosomlara hücum edir, onları parçalayaraq hüceyrə ölümünü sürətləndirir.

Ən diqqətçəkən nəticə isə oleokantalın yalnız xərçəng hüceyrələrini təsirləndirməsi, sağlam hüceyrələrə zərər verməməsidir.

Rutgers Universitetindən professor Paul Breslin bildirib: "Bu maddə hüceyrənin içində sanki bir cəhənnəm alovu yaradır. Lizosomlar dağıldıqda, hüceyrə funksiyaları tez bir zamanda pozulur və ölüm baş verir."

Normalda hüceyrələr 16-24 saatlıq apoptoz prosesi ilə ölür. Lakin oleokantalın təsiri həm daha sürətli, həm də fərqli mexanizmlə işləyir.

Nəticə: Gündə cəmi 1 qaşıq sızma zeytun yağı həm sağlamlıq, həm də xərçəng riskinə qarşı qoruyucu təsir göstərə bilər.

Nazrin

Seçilən
2
27
news24.az

10Mənbələr