AZ

Oğuzda qadın sürücü qəza törədib, xəsarət alanlar var - FOTO

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev və Cavanşir küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Türkanə Mehman qızı Kosayevanın idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə 1989-cu il təvəllüdlü Tərlan Qnyaz oğlu Allahverdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Seçilən
8
45
avtosfer.az

10Mənbələr