AZ

Zukerberq Ağ Evdən çıxarıldı

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

“Meta” şirkətinin baş direktoru Mark Zukerberq Oval ofisdə qapalı iclas zamanı gözlənilməz şəkildə içəri girdikdən sonra Ağ Evdən çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin NBC telekanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, “Meta”nın rəhbəri ABŞ Prezidenti Donald Trampla hərbçilər arasında perspektivli altıncı nəsil F-47 qırıcısının müzakirəsi zamanı qəfildən Oval kabinetin qapısında peyda olub.

Telekanal xəbər verir ki, bundan sonra Zukerberqdən Oval kabineti tərk etməsi tələb olunub.

Nəşrin məlumatına görə, bəzi məmurlar vəziyyətdən narahat olublar, çünki Zukerberqin məxfi məlumatları bilmək üçün müvafiq icazəsi yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
21
yeniavaz.com

10Mənbələr