İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei 25 gündür ictimaiyyət qarşısına çıxmır və İsrailin zərbələri başlayandan bəri bunkerdə gizlənir.
Publika.az xəbər verir ki, bu barə Almaniyanın "Bild" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Xamenei son 25 gündə iranlılara iki videomüraciət edib, lakin onlar bunkerdən lentə alınıb. İranın ali liderinin İsrailin zərbələrə başlamasından az sonra bunkerdə gizləndiyi və təhlükəsizlik səbəbi ilə oranı tərk etmədiyi iddia edilir.
Bundan əvvəl Xameneinin son dərəcə məxfi elit bölmənin mühafizəsi altında yüksək mühafizə olunan yerə köçürüldüyü bildirilirdi.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Yüksələn Şir” əməliyyatına başlayıb. İran “Doğru Vəd 3” əməliyyatı ilə cavab verib.