ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərkabel” ASC 2024-cü ili 6 min manat zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2023-cü ildən 2 min manat mənfəətlə çıxmışdı. SİA xəbər verir ki, ötən il “Azərkabel”in satışdan gəlirləri 148 min manat (əvvəlki ilə nisbətən 2,8 % çox), satışının maya dəyəri 154 min manat (8,45 % çox), o cümlədən əmək haqqı xərcləri 61 min manat (5,2 % çox), amortizasiya xərcləri 22 min manat (8,3 % az), mal-metarial xərcləri 40 min manat (7 % az), DSMF üzrə xərcləri 11 min manat (10 % çox), bank xərcləri 1 min manat (3,3 dəfə çox), sair xərcləri isə 20 min manat (2,9 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərkabel”in aktivləri 5,699 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,1 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 2,1 % azalaraq 2,908 milyon manata düşüb, balans kapitalı isə dəyişməyərək 2,791 milyon manat qalıb.
Xatırladaq ki, “Azərkabel” 1959-cu ildən fəaliyyət göstərən eyni adlı müəssisənin bazasında, 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 869 min manatdır. Müəssisə ölkənin aparıcı kabel istehsalçısıdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.