AZ

Fransa millisinin hücumçusu İnter də RƏSMİ

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İtaliyanın "İnter" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, "göy-qaralar" "Parma"dan Anj-Yoan Bonnini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İnter" fransalı hücumçu üçün onun klubuna 23+2 milyon avro təzminat ödəyəcək. 21 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Parma" Anj-Yoan Bonnini 2021-ci ilin yayında "Şatoru"dan transfer etmişdi. Fransa U-21 millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
21
sport24.az

10Mənbələr