ain.az bildirir, Missiya.az portalına istinadən.
Bu gün İrəvanda Ermənistan Respublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş bayram tədbiri keçirilib.
Missiya.Az erməni mediasına istinadən xəbər vetir ki, tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyan, Respublika prezidenti Vaaqn Xaçaturyan, Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan, qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri, xarici dövlətlərin Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.
Baş nazir çıxışında son bir ildə Konstitusiya mövzusunun Real Ermənistan ideologiyası ilə necə kəsişdiyinə toxunub. Paşinyanın sözlərinə görə, Konstitusiya məsələsinə toxunmadan Real Ermənistanın ideologiyasını bütövlükdə tamamlaya və dəyərləndirə bilməyəcəklər, çünki bu mövzular birbaşa əlaqəlidir və bir-biri ilə kəsişir.
Nikol Paşinyan qeyd edib ki, Ermənistan xalqı öz qavrayışında Ermənistanda son 35 ildə formalaşmış hüquq sistemini onların birgəyaşayış qaydası kimi yox, yenə də onların iştirakı olmadan başqa insanların müəyyən etdiyi bir şey kimi qəbul etməkdə davam edir.
"Həll yolu belədir: Ermənistan Respublikasına ümumxalq səsverməsi ilə təsdiq edilmiş yeni Konstitusiya lazımdır ki, xalq Konstitusiyanı özünün yaratdığı qayda hesab etsin”, - deyə baş nazir vurğulayıb.
Elcan
Missiya.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.