AZ

“Ermənistana yeni Konstitusiya lazımdır” – Paşinyan


“Ermənistana ümumxalq səsverməsi ilə təsdiq edilmiş yeni Konstitusiya lazımdır”.
Yeniavaz.com xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə çıxışında deyib.
O əlavə edib ki, Konstitusiya İslahatları Şurasının uzun müddətdən sonra ilk iclası iki həftədən sonra keçiriləcək:
“Xalqın doğma hesab edəcəyi Konstitusiya lazımdır. Xalqın öz Vətəni-dövlətində ömürlük yaratdığı həyat qaydası. Ermənistanda son 35 ildə qurulan hüquqi nizam hələ də xalq tərəfindən onların iştirakı olmadan qəbul edilmiş bir şey kimi qəbul edilir. Yeni Konstitusiya ölkənin bu gün mövcud olduğu reallığı əks etdirən konkret məqsəd daşımalıdır. Reallıq isə budur ki, əvvəlki minilliklərdən fərqli olaraq, indi vətəndaşlar öz vətənlərini, dövlətlərini bir sayırlar”.
Bundan əvvəl Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, Konstitusiyanın yeni mətni 10 ay ərzində hazır ola bilər, lakin müddətlər müzakirələrin gedişindən asılıdır.
Seçilən
12
5
yeniavaz.com

10Mənbələr