"Kəpəz" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, portuqaliyalı Pedru Qomeş Gəncə təmsilçisinə transfer olunub. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Qomeş ilə ikiillik müqavilə imzalanıb.
İyirmi iki yaşlı oyunçunun son klubu vətənində "Boavişta" olub.