AZ

Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.

"Ölkə.az" oxu.az-a istinadla xəbər verir ki, Ucar rayon sakini, 1999-cu il təvəllüdlü Sübhan bu gün dünyasını dəyişib. O, aprel ayından komada idi.

Həkimlər onun kliniki ölüm keçirdiyini və yaşaması üçün kritik 72 saatın olduğunu qeyd etsələr də, S.Hüseynov yaşamaq uğrunda 81 gün mübarizə aparıb.

Xatırladaq ki, Vətən müharibəsi iştirakçısı Ucar Rayon Mərkəzi Xəstəxanasında "tükdönməsi" əməliyyatı olunmalı idi. Lakin narkozdan şok keçirib və əməliyyat baş tutmayıb.

Mərhum doğulduğu kənd qəbiristanlığında dəfn olunub.

Seçilən
3
22
olke.az

10Mənbələr