AZ

Tusk koalisiya liderləri ilə görüşüb

Bakı. Trend:

Polşanın Baş naziri Donald Tusk cümə günü hakim koalisiyanınliderləri ilə yaxın həftələrdə elan olunacağı gözlənilən hökumətdəyişikliklərini müzakirə edib.

Trend xəbər verirki, bu barədə hökumətin sözçüsü Adam Şlapka RMF FMradiostansiyasına açıqlama verib.

Tusk “Polşa 2050” partiyasının lideri və Seym sədri ŞimonQolovnia, Polşa Kəndli Partiyasının liderləri VladislavKosiniak-Kamış və Vlodzimej Çajastı ilə dörd saat davam edən görüşkeçirib.

Adam Şlapkanın sözlərinə görə, görüşdə əsas müzakirəmövzularından biri dövlətin daha səmərəli idarə olunması məqsədiləhökumət strukturunun yenidən qurulması olub.

Koalisiya liderlərindən Vlodzimej Çajastı görüşdən sonrajurnalistlərə bildirib ki, “bütün qərarlar qəbul olunub” və onlarındetalları iyulun 15-də ictimaiyyətə açıqlanacaq. Lakin hökumətsözçüsü kabinet dəyişikliklərinin dəqiq tarixini açıqlamayıb.

Polşa mediasının yaydığı məlumata əsasən, Donald Tusk hökumətdənazir və onların müavinlərinin sayının 20 faiz azaldılmasını, eləcədə iki “super nazirlik”in yaradılmasını təklif edib. Onlardan biriiqtisadiyyat, digəri isə rəqəmsallaşma, təhsil və idman sahələrinəcavabdeh olacaq.

Seçilən
0
14
az.trend.az

10Mənbələr