''Əl-Şabab'' rəhbərliyi yeni qərarlar qəbul edib. Bu klubda Fatih Terim dönəmi rəsmən başa çatıb. ''İmperator'' dekabrda ''Əl-Şabab'' ilə 6 aylıq müqavilə imzalasa da, orda birillik şərti müqavilə də var idi. Amma tərəflər işbirliyini davam etdirməməyə qərar veriblər. Ər-Riyad təmsilçisi ünlü məşqçi ilə 23 rəsmi oyundan 12 qələbə, 4 heç-heçə, 7 məğlubiyyətlə ayrılaraq mövsümü 6-cı pillədə tamamladı. Bu arada yeni məşqçinin adı artıq bəllidi. Rəhbərlik ''Real Sosyedad''ın əfsanəsi hesab olunan İmanol Alquasili Səudiyyə Ərəbistanında işləməyə razı salıb. 54 yaşlı mütəxəssis çoxsaylı təkliflər arasından məhz ''Əl-Şabab''a üstünlük verib. Klub bu məşqçiyə illik 10 milyon avro maaş və güclü layihə təklif edib. Rəhbərlik onun istədiyi bütün futbolçuları transfer edəcəyinə söz verib. Maraqlıdı ki, 14 ildi, məşqçilik sahəsində olan Alquasil ilk dəfə nəinki İspaniyadan, hətta ''Real Sosyedad''dan da kənarda çalışacaq. Belə ki, o, Bask klubunda 2011-18-ci illərdə akademiyada çalışıbsa, 2018-dən bu yana əsas komandanın başında idi. Dünən Alquasil ''Əl-Şabab''la ikiillik müqavilə imzalayaraq rəsmən klubun yeni baş məşqçisi kimi təqdim olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta