ain.az bildirir, Pravda.az portalına istinadən.
13 yaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olmaqda təqsirləndirilən 46 yaşlı şəxs həbs edilib. Təqsirləndirilən şəxs özünü günahkar bilməsə də, qızın ailəsinə 10 min manat ödəyib.
46 yaşlı Qafarın (ad şərtidir) 13 yaşlı qızla 2023-cü ildə münasibətdə olduğu bildirilir.
İstintaq müəyyən edib ki, qız 2023-cü ildə zorakılığa məruz qalsa da, ailəsinə 2024-cü ilin sonlarında bu barədə məlumat verib. Qanuni nümayəndə ilə dindirilən uşaq bildirib ki, xəstələndiyi üçün anası onu həkimə aparmaq istəyib. O da həkimdə başına gələnlərin bilinəcəyindən qorxduğu üçün anasına məlumat verib.
“Qorxduğum üçün heç kimə heç nə demədim. Mənə deyirdi ki, səni öldürərəm. 18 yaşım olanda mənimlə evlənəcəyini deyirdi”, - zərərçəkmiş kimi tanınan 13 yaşlı qız əlavə edib.
Təqsirləndirilən şəxs isə ittihamı qəbul etməyib. Deyib ki, uşağın niyə belə ifadə verdiyini bilmir. Onun sözlərinə görə, uşaq onun dayısının nəvəsidir.
Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən zərərçəkmiş uşağın ailəsinə 10 min manat ödəyib. Buna görə də uşağın ailəsi ondan şikayətçi olmayıb.
Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qərarı çıxarıb. Ev dustaqlığında olan 46 yaşlı Qafar məhkəmə zalından həbs edilib. O, 3 il həbsxanada qalacaq.
Musavat.com
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.