İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı keçirilir.
Operativ Media xəbər verir ki, 57 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən sərbəst güləşçisi Vasif Bağırov qızıl medal qazanıb.
O, finalda gürcüstanlı Nika Zanqaladzeyə 9-6 hesabı ilə qalib gələrək U20 Avropa çempionu olub.