AZ

Rusiya ticarət nümayəndəliyinə altı ayda ikinci dəfə hücum edildi

BAKI, 5 iyul. TELEQRAF

Rusiyanın İsveçdəki ticarət nümayəndəliyinə yenidən hücum edilib.

Teleqraf xəbər verir ki, Rusiyanın krallıqdakı səfirliyinin mətbuat xidməti pilotsuz təyyarənin binanın üzərinə boya torbası atdığını bildirib.

İyunun 17-də də ticarət nümayəndəliyinə hücum edilmişdi.

Diplomatik nümayəndəlik hücumları dayandırmaq üçün İsveç polisinə və Krallığın Xarici İşlər Nazirliyinə müraciət edib.

Ticarət missiyası Rusiyanın İsveçdəki diplomatik missiyasının bir hissəsidir. Onun ərazisi Vyana Konvensiyasında nəzərdə tutulmuş imtiyazlara tabedir və bu konvensiyaya əsasən, qəbul edən dövlət xarici nümayəndəliklərin immunitetlərini təmin etməyə borcludur.

Seçilən
0
5
teleqraf.com

10Mənbələr