AZ

OPEK+ gündəlik hasilatı yenə artırır

OPEK+ ölkələri avqust ayında gündəlik hasilatı 411 min barreldən çox artırmaq qərarına gələ bilər.

Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi iştirakçı ölkələrdən birinin nümayəndəsinə istinadən məlumat yayıb.

Lakin agentliyin müsahibi hasilatın artırılması ilə bağlı konkret rəqəmləri açıqlamayıb.

“Röyters” agentliyi isə öz mənbələrinə istinadla yazır ki, OPEK+ "səkkizliyi" avqust ayında hasilatı təxminən 550 min barrel səviyyəsində artıra bilər.

Avqust ayı üzrə hasilat parametrləri ilə bağlı yekun qərarın veriləcəyi görüş bu gün başlamalıdır.

Seçilən
21
2
axar.az

10Mənbələr