Ermənistana ümumxalq səsverməsi ilə təsdiq edilmiş yeni Konstitusiya lazımdır. Bunu Baş nazir Nikol Paşinyan ölkənin Əsas Qanununun 30 illiyinə həsr olunmuş bayram tədbirində çıxışı zamanı deyib.
Hökumət başçısının sözlərinə görə, ölkənin yeni konstitusiyaya ehtiyacı var ki, bu konstitusiya konkret məqsəd daşımalı, ölkənin bu gün mövcud olduğu reallığı əks etdirməlidir.
- 500 illik tariximizdən fərqli olaraq bu, başqa reallıqdır. Paşinyan vurğulayıb ki, yeni reallıq yeni Konstitusiyanın qəbulunu zəruri edir.
Qeyd edək ki, mayın əvvəlində Ermənistan Ədliyyə Nazirliyinin rəhbəri Srbui Qalyan bəyan etmişdi ki, ölkə Konstitusiyasının yeni mətni hazırlanır və 10 aya hazır olacaq.