AZ

Ərdoğan da BRİKS sammitinə GETMƏYƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6–7 iyul tarixlərində Braziliyada keçiriləcək BRİKS liderlərinin 17-ci sammitində iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri ölkənin Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat veriblər.

Sammitdə Türkiyənin maraqlarını xarici işlər naziri Hakan Fidan təmsil edəcək.

Qeyd edək ki, daha əvvəl Çin və Rusiya liderləri BRİKS sammitində şəxsən iştirak etməkdən imtina ediblər.

Bizim.Media

Seçilən
0
5
bizim.media

10Mənbələr