ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirə biləcəyinə əmin olmadığını bildirib.
Sitat.info xəbər verir ki, bu haqda "Politico" məlumat yayıb.
Qəzet həmçinin bu bəyanatın onun münaqişəni tez bir zamanda bitirmək barədə əvvəlki vədləri ilə tamamilə ziddiyyət təşkil etdiyini yazıb.
Tramp jurnalistlərin müharibəni bitirə biləcəyinə əmin olub-olmadığı ilə bağlı sualına "Bilmirəm. Bunun baş verib-verməyəcəyini sizə deyə bilmərəm. Bəli. Bunun baş verməsini istərdim", - deyə cavab verib.
Qeyd edək ki, o, seçki kampaniyası zamanı hakimiyyətə gəldikdən dərhal sonra 24 saat ərzində iki ölkə arasında davam edən müharibəyə son qoyacağına söz vermişdi.
Sitat.info