Bakı. Trend:
Misirin paytaxtı Qahirənin şimalında yerləşən Əl-Minufiyaəyalətində iki mikroavtobusun toqquşması ilə nəticələnən ağıryol-nəqliyyat hadisəsi baş verib.
Trend-inməlumatına görə, nəticədə doqquz nəfər ölüb, 11 nəfər isəyaralanıb.
Bu barədə “Al Masry Al Youm” qəzeti məlumat yayıb. Bildirilirki, qəza Qahirədən İsgəndəriyyəyə gedən yolda baş verib.
“İlkin məlumatlara əsasən, hadisə nəticəsində doqquz nəfər həlakolub, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırdasəlahiyyətli qurumlar Səhiyyə Nazirliyi ilə birgə yaralılar vəölənlərlə bağlı yekun məlumatların dəqiqləşdirilməsi üzərindəçalışırlar”, – deyə xəbərdə qeyd olunur.
Məlumata görə, zərərçəkənlərə dərhal tibbi yardım göstərilib.Həmçinin ölənlərin ailələrinə və yaralananlara psixoloji dəstəkverilməsi təmin olunur.