Azərbaycanlı müğənni Albina Pyakşevanın Meksika-ABŞ sərhədində öldürülməsi barədə məlumat yayan Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq, müğənninin sağ olduğunu bildirib.
Leyla Əfəndiyeya bu barədə “Facebook” hesabında paylaşım edib.
“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır”, – deyə o paylaşımında yazıb.
Albina Pyakşevanın adının açıqlanmasını istəməyən dostu da APA-ya açıqlamasında müğəninin öldürülməsi barədə xəbərin yalan olduğunu bildirib.
“Caz ifaçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhədində öldürülməsi xəbəri həqiqəti əks etdirmir”, – deyə o qeyd edib.