“Sabah” futbol klubundan ayrılan Şakir Seyidov yenidən “Kəpəz”də çıxış edəcək.
Gəncə təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Müdafiəçi mövqeyində oynayan Ş. Seyidov 2023/2024-cü illər mövsümündə də "Kəpəz"in şərəfini qoruyub. Həmin dövrdə "Sabah"dan icarəyə götürülmüş oyunçu qərb təmsilçisinin heyətində 28 matç keçirib və 1 qol vurub.