AZ

ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib

Azərbaycanlı müğənni Albina Pyakşevanın Meksika-ABŞ sərhədində öldürülməsi barədə məlumat yayan Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq, müğənninin sağ olduğunu bildirib.Bu barədə o, “Facebook” hesabında paylaşım edib.

“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır”, - deyə o paylaşımında yazıb. Leyla Əfəndiyeya yanlışlığa görə üzr istəyib.

Albina Pyakşevanın dostu da APA-ya açıqlamasında müğəninin öldürülməsi barədə xəbərin yalan olduğunu bildirib.

19:25

Azərbaycanlı müğənni Albina Pyakşeva ABŞ-Meksika sərhədində öldürülüb.Bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva feysbuk hesabında yazıb:

“Belə bir xəbər almaq çox üzücüdür. “I am Jazzman” yarışmasının finalisti Albina Pyakşeva faciəvi şəkildə can verib. O, Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”.

Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən “I am Jazzman”ın finalçısı müsabiqəsinin finalçısı olub, “Səs Azərbaycan” proqramının iştirakçısı olub.

 

Seçilən
18
50
anews.az

10Mənbələr