1722-ci il iyulun 27-də Rusiya imperatoru I Pyotr ilk dəfə Xəzər sahilinə ayaq basdı və əsrlər boyu davam edən çağırılmamış səfərlərin başlanğıcını qoydu. İmperator orduları, bolşeviklər, sülhməramlılar - hər dəfə onların mövcudluğu torpaqlarımızda çox vaxt insanlar üçün çətin olan sınaqlar, itkilər və dəyişikliklərlə yadda qalıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Caliber"in analitik "YouTube" layihəsinin son buraxılışında bəhs edilir.
"Lakin Azərbaycan ayaqda qaldı. O ərazi bütövlüyünü bərpa etdi, asılılıqdan uzaqlaşdı və bu gün inamla bəyan edir: bizim artıq heç kimə borcumuz yoxdur. Əksinə, müstəmləkəçilik və sovet illərində bizim əlimizdən çox şey alınıb.
Kim kimə borclu qaldı? Bu gün keçmişin kölgələri gündəmə daha çox qarışdıqca bu sual yeni məna kəsb etməyə başlayır", - məqalədə qeyd olunur.
Daha ətraflı videoda: