AZ

Çin Tayvanı işğal etsə, Rusiya NATO-ya hücum edəcək? – Rutte-dən şok ssenari

Dünyanı yeni böyük müharibə ssenarisi gözləyirmi? 

Musavat.com bildirir ki, NATO-nun baş katibi Mark Rutte “The New York Times”a verdiyi geniş müsahibədə Çinlə bağlı mümkün hərbi gərginliklərin region hüdudlarını aşa biləcəyini söyləyib və sensasion ehtimallar səsləndirib.

Rutte bildirib ki, əgər Çin lideri Si Cinpin Tayvana hücum etmək qərarına gəlsə, ilk addım olaraq dərhal Moskvadakı Vladimir Putinə zəng edəcək və belə deyəcək:

“Ey, mən bunu etməyə hazırlaşıram və sənə ehtiyacım var ki, ABŞ-ı Avropada yayındırasan — NATO ərazisinə hücum etməklə.”

NATO rəhbəri vurğulayıb ki, məhz belə bir qorxulu ehtimalın qarşısını almaq üçün alyans daha da gücləndirilməli, eyni zamanda Hind-Sakit okean bölgəsində fəallıq artırılmalıdır. Rutte əlavə edib ki, NATO artıq Rusiyanın Estoniyaya potensial hücumu halında həyata keçirəcəyi konkret hərbi planlara malikdir.

Bunun fonunda Rusiya prezidenti Vladimir Putin isə daha əvvəl bildirib ki, Moskvanın NATO-ya hücum etməsi üçün heç bir səbəb yoxdur. O, bunu Qərb siyasətçilərinin öz cəmiyyətlərini guya mövcud olan Rusiya təhdidi ilə qorxutmaq üçün uydurduqları mif adlandırmışdı.

Beləliklə, dünya siyasətində Çinin Tayvan üzərində mümkün hərbi avantürası Rusiyanı da işə qoşaraq, qlobal miqyasda yeni təhlükəli qarşıdurmaya səbəb ola bilərmi? NATO-nun rəhbərliyi bu ssenarini açıq dillə gündəmə gətirməklə, həm Pekinə, həm də Moskvaya ciddi siqnal göndərmiş oldu.

Musavat.com

Seçilən
3
50
musavat.com

10Mənbələr