AZ

Amerikalı məşhur jurnalist Pezeşkiandan müsahibə aldı - "Öyrənməyə çalışdım ki..."

Amerikalı jurnalist Taker Karlson İran Prezidenti Məsud Pezeşkiandan müsahibə alıb.

"Ölkə.az" xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Biz indi Məsud Pəzeşkian ilə müsahibəni bitirdik... Eləcə də cəmi bir həftəyarım əvvəl müharibə vəziyyətində olduğumuz 70 yaşlı ürək-damar cərrahı ilə", - o videomüraciətində deyib.

Jurnalistin sözlərinə görə, müsahibənin məqsədi prezidentdən İranın İsrail və ABŞ ilə münasibətləri necə qurmağı planlaşdırdığını öyrənməyə çalışmaqdır .

Bundan əvvəl Karlson "War Room" podkastında çıxışı zamanı bildirmişdi ki, ABŞ-ı İranla silahlı münaqişəyə cəlb etmək Amerika imperiyasının dağılmasına gətirib çıxara bilər.(Publika.az)

Seçilən
7
50
olke.az

10Mənbələr