AZ

Papa Lev Katolik Kilsəsindəki cinsi zorakılıq qalmaqallarına qarşı yeni addımlar atır -amma təsəvvür edin, bu İslam aləmində baş versəydi…

Katolik dünyasını illərdir sarsıdan cinsi zorakılıq və pedofiliya qalmaqalları fonunda Roma Papası Lev nəhayət ki, ilk konkret tədbirlərə əl atmağa başlayıb.

Musavat.com xəbər verir ki, pontifik Katolik Kilsəsində ruhanilər tərəfindən törədilən cinsi zorakılıqlarla mübarizə məqsədilə fransız arxiyepiskopu Tibo Verni-ni Vatikanın xüsusi komissiyasının yeni rəhbəri təyin edib. Bu barədə Reuters məlumat yayıb.

Xatırladaq ki, Katolik Kilsəsində onilliklərdir davam edən və dünya miqyasında kilsənin nüfuzunu ağır zərbə altına qoyan yüzlərlə, minlərlə cinsi zorakılıq və pedofiliya hadisələri ifşa olunub. Bir çox hallarda bu qalmaqalların üstü Vatikan daxilində uzun müddət ört-basdır edilib, günahkarlar isə müxtəlif yollarla qorunub.

Musavat.com olaraq bu xəbərə ayrıca diqqət çəkmək istəyirik: təsəvvür edin, belə bir ardıcıl və iyrənc hadisələr — sistematik cinsi zorakılıq, o cümlədən uşaq istismarı — İslam dünyasında, hansısa böyük məscid şəbəkəsində və ya dini qurumda baş versəydi, indi bütün Qərb mediası ayağa qalxar, İslamı və müsəlman cəmiyyətlərini başdan ayağa hədəfə çevirərdi. Ən kiçik lokal hadisələrdə belə “İslam radikalizmi”, “orta əsrlər təfəkkürü” mövzularını şişirdən beynəlxalq KİV-lər Katolik Kilsəsi məsələsində isə adətən daha yumşaq davranır, bu faciənin kilsə institutunun öz “layihələşmiş təmiz siması”na xələl gətirməməsi üçün həssas yanaşmağa çalışır.

Halbuki Katolik Kilsəsi artıq neçə onillikdir ki, məhz öz ruhanilərinin pedofiliya və zorakılıq əməlləri ilə gündəmdən düşmür. Lakin bu, nə Vatikanın siyasi və diplomatik əlaqələrinə, nə də xristian dünyasının ideoloji təbliğat gücünə hələ də real şəkildə təsir etmir. Belə çıxır ki, dünyada bəzi dini təsisatlara qarşı tolerantlıq və güzəşt sərhədsiz, digərlərinə isə — xüsusən də İslam dünyasına — hədsiz qərəzli yanaşma mövcuddur.

Papa Lev-in bu təyinatı Katolik Kilsəsinin dəhşətli cinsi qalmaqallarını birdəfəlik həll edəcəkmi? Bu sual hələ açıq qalır.

Musavat.com

Seçilən
22
50
musavat.com

10Mənbələr