AZ

Vasif Avropa çempionu oldu, Muradxan "gümüş" qazandı

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, yarışın 6-cı günündə sərbəst güləşində ilk qaliblər bəlli olub. Üç güləşçimiz medallar uğrunda mübarizə aparıb.

U-20 Avropa çempionatı
Sərbəst güləş
57 kq

Vasif Bağırov Avropa çempionatının finalında Nika Zanqaladze (Gürcüstan) ilə qarşılaşıb. 9:6 hesabı ilə qaib gələn güləşçimiz fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

79 kq
Muradxan Omarov həlledici görüşdəki rəqibi gürcüstanlı Davit Çeçelaşvili olub. Təmsilçimiz 0:10 hesabı ilə uduzaraq, çempionatı ikinci pillədə başa vurub.

97 kq
Təsəlliverici görüşü qələbə ilə başa vuran Rəvan Musayev bürünc uğrunda rusiyalı Maqomedqadji Maqomedovla yarışıb. Rəqib idmançı 6:0 hesabı ilə qalib gələrək, 3-cü yeri tutub.

Sabah daha 5 sərbəst güləşçimiz medal uğrunda mübarizə aparacaq.

Seçilən
12
23
football-plus.az

10Mənbələr