BAKI, 5 iyul. TELEQRAF
İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei Məhərrəm ayı ilə bağlı İmam Xomeyni Hüseyniyyəsində keçirilən mərasimdə iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bu, Xameneinin 12 günlük İsrail-İran müharibəsi başlayandan sonra xalq arasında çıxdığı ilk tədbir olub. Mətbuatda onun son 25 gün ərzində burkerdə gizləndiyi barədə xəbərlər yayılmışdı.
Məlumata görə, müharibə dövründə Xamenei iki dəfə videoformatda xalqa müraciət edib, lakin hər iki video sığınacaqdan çəkilib.