BAKI, 6 iyul. TELEQRAF
Amerikalı iş adamı və milyarder İlon Mask özünü siyasi partiyasını yaratdığını elan edib və onu Amerika Partiyası adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
"Ölkəmiz israfçılıq və rüşvətxorluq yolu ilə müflis edilir. Biz demokratiya deyil, təkpartiyalı sistemdə yaşayırıq. Bu gün Amerika Partiyası yaratdıq", - o yazıb.
Mask yaratdığı partiyanın amerikalılara azadlığı qaytaracağını deyib.