Amerikalı milyarder İlon Mask siyasi partiyasını yaratdığını elan edib.
Viral.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Mask ABŞ-nin təkpartiyalı sistemə malik olduğunu vurğulayıb.
Son Yazılar:
- İlon Mask partiya yaratdı
- Rusiyada PUA hücumları səbəbilə mobil internet söndürüldü
- Quterreş Rusiyanın Ukraynaya zərbələrini PİSLƏDİ
“İkidən 1 fərqlə, yeni siyasi partiya istəyirdiniz və olacaq. Ölkəmizin xərclər və rüşvətxorluq üzündən iflasa uğradığı bir vəziyyətdə məlum olur ki, biz demokratiya deyil, birpartiyalı sistemdə yaşayırıq. Bu gün “Amerika Partiyası” azadlığınızı sizə qaytarmaq üçün quruldu”, – milyarder yazıb.
Bundan əvvəl Mask öz səhifəsində səsvermə keçirərək, oxuculara “Amerika” partiyası yaratmalıyıqmı?” sualını verib. Sorğuda 1,2 milyondan çox istifadəçi iştirak edib, onların 65,4 faizi yeni partiyanın yaradılmasına səs verib.
Xatırladaq ki, bundan əvvəl İlon Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə rəhbərlik edirdi.