“Barselona”nın idman direktoru Deku və komandanın baş məşqçisi Hans-Diter Flik “Liverpul”un vingeri Luis Diası əsas transfer hədəfi kimi müəyyən ediblər.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, bu qərar “Atletik”dən Niko Uilyamsın transferində uğursuzluq yaşandıqdan sonra verilib.
“Barselona” “Mançester Yunayted”in futbolçusu Markus Reşfordun namizədliyində maraqlı deyil.
Hətta “qırmızı şeytanlar”ın transferdə güzəştə getməyə hazır olması belə, kataloniyalıların mövqeyini dəyişməyib.
“Barselona” hesab edir ki, Luis Dias daha universal oyunçudur, komanda üçün fədakarlıqla çalışa bilir və liderlik keyfiyyətlərinə malikdir.