Bakı, 6 iyul, AZƏRTAC
Klublararası dünya çempionatında sonuncu yarımfinalçı məlum olub.
AZƏRTAC xəbər verir ki, 1/4 finalda Almaniyanın "Borussiya Dortmund" komandasını 3:1 hesabı ilə məğlub edən İspaniya təmsilçisi "Real Madrid" adını yarımfinala yazdırıb. Madrid klubu bu raundda Fransanın PSJ kollektivi ilə qarşılaşacaq.
Digər görüş isə İngiltərənin "Çelsi" və Braziliyanın “Fluminense" komandaları arasında olacaq.