AZ

Alov alov yanan 90+dəqiqə

ain.az, Sitat.info saytına istinadən bildirir.

Klublararası dünya çempionatının 1/4 finalında Real Madrid və Borussia Dortmund komandaları üz-üzə gəlib. 

Sitat.info xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatındakı MetLife stadionunda keçirilən matçın 10-cu dəqiqəsində qol pərdəsi açılıb. Qonzalo Arda Gülərin məhsuldar ötürməsi ilə qol pərdəsini açıb. Fransisko Qarsiya 20-ci dəqiqədə hesab arasındakı fərqi 2 yə çıxarıb və ilk hissə Real Madridin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Əsas vaxtda tempin artdığı matçda dortmundlular 90+3-cü dəqiqədə Beyerlə fərqi 1-ə endirib. Cəmi 1 dəqiqə sonra Mbappe Ardanın ötürməsi ilə qolu vuraraq komandasının 3-cü qolunu atıb. İspaniya yığmasından Huijsen 90+6-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Dortmundluların qazandığı penaltini 90+8-ci dəqiqədə Qirassi vuraraq oyunda tutunmağa çalışıb. Buna  baxmayaraq qalan dəqiqələrdə başqa qol olmayıb və Real Madrid 3-2 hesabı ilə qalib gələrək PSJ-nin yarımfinaldakı rəqibi olub. "Fluminense" və "Çelsi" yarımfinalın digər oyununda mübarizə aparacaq. FİFA Klublararası Dünya Çempionatının final oyunu iyulun 13-də keçiriləcək.

Əlisahib İbrahimli

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
15
sitat.info

10Mənbələr