AZ

Texasda daşqınlar nəticəsində ölənlərin sayı 43-ə çatıb - YENİLƏNİB 5 - VİDEO

Texasda daşqınlar nəticəsində ölənlərin sayı 43-ə çatıb, onlardan 15-i uşaqdır.

APA xəbər verir ki, bu haqda ştat polisi məlumat yayıb.

***

01:32

Texasda daşqınlar artıq 14-ü uşaq olmaqla 32 nəfərin həyatına son qoyub.

APA xəbər verir ki, bu haqda “NBC News” məlumat yayıb.

Telekanalın məlumatına görə daşqınlar zamanı itkin düşən uşaqların sayı da 27-yə çatıb.

***

22:36

Texas ştatının Kerr bölgəsində daşqınlar nəticəsində ölənlərin sayı 27-yə çatıb ki, onlardan da 9-u uşaqdır.

APA xəbər verir ki, bu haqda ştat polisi məlumat yayıb.

"Biz indiyədək 850-dən insanı, səkkiz yaralını təxliyə etmişik. Bölgədən 27 cəsəd çıxarılıb. Onlardan doqquzu uşaqdır", - məlumatda deyilir.

***

06:55

ABŞ-ın Texas ştatında güclü yağışlar və Qvadelupa çayının daşması nəticəsində baş verən daşqınlarda azı 24 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə "ABC" mənbələrə istinadən məlumat yayıb.

***
01:39


ABŞ-ın Texas ştatında güclü yağışlar və Qvadelupa çayının daşması nəticəsində baş verən daşqınlarda azı 13 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

https://t.me/apa_az/100403




***
01:23

Texasda baş verən daşqınlar üç nəfərin nəfərin həyatına son qoyub.

APA "BBC"yə istinadən xəbər verir ki, hakimiyyət orqanları sel təhlükəsinə görə sakinləri təcili şəkildə evlərini tərk etməyə çağırır.

Qvadelupa çayında suyen səviyyəsi 8 metr qalxıb.

Ən ağır vəziyyət təxminən 25 min nəfərin yaşadığı Kerr bölgəsində müşahidə olunur, burada ölənlər və itkin düşənlər var, fövqəladə vəziyyət rejimi elan edilib.

Seçilən
11
14
apa.az

10Mənbələr