AZ

İslam İnkişaf Bankı Türkiyəyə 200 milyon avroluq maliyyə paketi ayıracaq

Bakı. Trend:

İslam İnkişaf Bankı 2023-cü ilin fevralında baş vermişzəlzələlərdən zərər çəkmiş vilayətlərdə və böyük şəhərlərdəbələdiyyə infrastrukturunun davamlı inkişafını dəstəkləməkməqsədilə Türkiyəyə 200 milyon avro həcmində maliyyə paketiayıracaq.

Trend xəbər verirki, bu barədə məlumatı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyiyayıb.

Razılaşmaya əsasən, maliyyə iki tranşla təqdim olunacaq:

150 milyon avro – zəlzələdən zərər çəkmiş bölgələrdəinfrastrukturun yenidən qurulması üçün,

50 milyon avro – şəhərdaxili nəqliyyat sistemlərininyaxşılaşdırılması məqsədilə.

İslam İnkişaf Bankı Qrupunun Türkiyədəki Regional Mərkəzininrəhbəri Valid Əbdül Vəhhab qeyd edib ki, bu layihə Türkiyəninzəlzələdən sonrakı bərpa səylərini sürətləndirəcək və ölkəningələcəkdə mümkün fəlakətlərə qarşı dayanıqlılığını artıracaq.

Layihə “Bərpa və dayanıqlılıq üçün bələdiyyə infrastrukturu”proqramı çərçivəsində icra ediləcək. O, eyni zamanda iqlimdəyişikliyi ilə mübarizədə bələdiyyə xidmətləriningücləndirilməsinə, o cümlədən:

içməli su təchizatı,

çirkab suların təmizlənməsi,

bərk tullantıların idarə olunması və

şəhər nəqliyyatı infrastrukturu sahələrinə investisiyaqoyuluşunu əhatə edəcək.

Valid Əbdül Vəhhab əlavə edib ki, bu maliyyə dəstəyibələdiyyələrin dayanıqlı inkişaf yolunda irəliləməsinə də cidditöhfə verəcək.

Seçilən
8
44
az.trend.az

10Mənbələr