AZ

Falkao işsiz qaldı

Radamel Falkao klubsuz qalıb. Tanınmış futbolçu “Milyonarios”dan ayrılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı futbolçu ilə müddəti başa çatan müqavilənin yenilənmədiyi bildirilib. Falkao bu klubda 2024-cü ilin iyunundan çıxış edirdi. O, “Milyonarios”un heyətində ümumilikdə 29 oyuna çıxıb, 11 qol vurub.

Daha çox “Portu”, “Atletiko” və “Monako”dakı çıxışı ilə tanınan Kolumbiya yığmasının sabiq oyunçusu 2019-21-ci illərdə “Qalatasaray”da da oynayıb. Radamelin milli formada keçirdiyi 104 oyunda 36 qol vurduğunu da bildirək.

Seçilən
0
4
football-plus.az

7Mənbələr