AZ

Tomas Müller "Bavariya" ilə vidalaşdı

Bakı. Trend:

Münhen "Bavariya"sı Klublararası dünya çempionatının 1/4 finalmərhələsində PSJ ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olaraqturnirdə mübarizəni dayandırıb.

Trend xəbər verirki, bu qarşılaşma Tomas Müllerin “Bavariya”nın heyətində 756-cı vəson oyunu olub. 35 yaşlı yarımmüdafiəçi qarşıdakı günlərdə klubuazad agent kimi tərk edəcək.

Müller "Bavariya"nın yetirməsidir. O, 2000-ci ildə klubunakademiyasına qoşulub, 2007-ci ildə isə əsas komandada debüt edib.Uzun illər "Bavariya"ya sadiq qalan futbolçu klubla bir sıra böyüknailiyyətlərə imza atıb:

13 dəfə Bundesliqa çempionu

6 dəfə Almaniya kubokunun qalibi

8 dəfə Almaniya Superkubokunun sahibi

2 dəfə UEFA Çempionlar Liqası qalibi

2 dəfə UEFA Superkuboku qalibi

2 dəfə Klublararası dünya çempionatının qalibi

Tomas Müller "Bavariya" tarixində iz qoyan ən önəmli simalardanbiri kimi yadda qalacaq.

Seçilən
8
50
az.trend.az

10Mənbələr