AZ

"Bavariya" ulduz ilə vidalaşdı

Münhen "Bavariya"sı Klublararası dünya çempionatının 1/4 final mərhələsində PSJ ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qarşılaşma Tomas Müllerin "Bavariya"nın heyətində 756-cı və son oyunu olub. 35 yaşlı yarımmüdafiəçi qarşıdakı günlərdə klubu azad agent kimi tərk edəcək.

Müller "Bavariya"nın yetirməsidir. O, 2000-ci ildə klubun akademiyasına qoşulub, 2007-ci ildə isə əsas komandada debüt edib. Uzun illər "Bavariya"ya sadiq qalan futbolçu klubla bir sıra böyük nailiyyətlərə imza atıb:

13 dəfə Bundesliqa çempionu

6 dəfə Almaniya kubokunun qalibi

8 dəfə Almaniya Superkubokunun sahibi

2 dəfə UEFA Çempionlar Liqası qalibi

2 dəfə UEFA Superkuboku qalibi

2 dəfə Klublararası dünya çempionatının qalibi

Tomas Müller "Bavariya" tarixində iz qoyan ən önəmli simalardan biri kimi yadda qalacaq.

Milli.Az

Seçilən
4
50
milli.az

10Mənbələr