Masallıda barama istehsalı üzrə əhəmiyyətli artım müşahidə olunur. 2025-ci ildə rayonda mövsümün başlanğıcında kümçülərə 90 qutu barama qurdu paylanılmışdır.
Rayonda barama istehsalının artırılması üçün vaxtında lazımi tədbirlər həyata keçirilmiş və nəticədə istehsal 1560 kiloqrama çatdırılmışdır.
Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama "Azəripək" MMC tərəfindən təhvil alınmışdır və yaxın günlərdə hər kiloqram yaş baramaya görə subsidiya ödəniləcəkdir.
"Azərbaycan"