AZ

Daşkəsəndə 21 yaşlı gənci qətlə yetirən şəxs TUTULDU

Daşkəsəndə 21 yaşlı gənc qətlə yetirməkdə şübəli bilinən şəxs saxlanılıb.

Bizim Media xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İ.Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 20 yaşlı E.İsmayılov saxlanılıb.

Xatırldadaq ki, hadisə Xoşbulaq kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü İlkin Məmmədov mübahisə zəminində bıçaqlanıb.

Ağır xəsarət alan İ.Məmmədov əvvəlcə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə çatdırılıb. Həkimlərin səylərinə yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Report.az)


Bizim Media

Seçilən
12
10
bizim.media

10Mənbələr