Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda keçirdiyi ikinci oyununda uduzub.
Millimiz Ukraynaya məğlub olub - 65:78.
Təmsilçimiz qrupda növbəti matçını sabah turnirin təşkilatçısı Litva yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Bosniya və Herseqovina yığması üzərində 83:81 hesablı qələbə qazanıb.