AZ

Lahıc – Daş Divarlar Arasında Gizlənmiş Keçmiş

Lahıc

Lahıç - dağların qoynunda gizlənmiş, min illərin sükutunu və hikmətini özündə daşıyan bir diyar. Burada hər daşın, hər dar küçənin, hər mis qabın bir keçmişi, bir söylənməyən hekayəsi var. Sanki burada zaman da nəfəsini saxlayır – tələsmir, gözləyir, dinləyir.Burada hər daş, hər küçə, hər nəfəs bir dastan danışır. Bu torpaqda sözlər dillə yox, nəfəsin istiliyi ilə, gözlərin dərinliyi ilə deyilir.Küçələrdən keçərkən elə bil kimsə sənə arxadan səssizcə nəsə pıçıldayır: bir nağıl, bir ağı, bəlkə də bir qədim bayatı...“Dağlar başı duman olar,Ürəyimdə güman olar.Bu Lahıcın hər daşı,Bir nişanə, bir can olar.”Kəndin köhnə evlərinin divarları susur, amma bu sükutun altında bir vaxtlar yaşanmış həyatın isti nəfəsi duyulur. O divarların arxasında samovarlar qaynayardı, armudu stəkanlarda çay dəmlənərdi, kəllə qəndlər yan-yana düzülərdi – və ailə bir yerdə olardı. Uşaqlar nənənin nağılını dinləyər, babalar köhnə radionun xəbərlərini diqqətlə dinləyərdi. Televizorun ekranı bəlkə qaralı idi, amma evlərin içi işıqlı idi, ümidli idi, canlı idi... Həyat tələsik deyildi – o səbrlə, mərifətlə, min illərin içindən süzülüb gələn adətlərlə axardı.Bax, bu sükutun altında da elə həmin həyat yatır – o isti nəfəs, o çay buxarı, o bayatı kimi sakit, amma dərin duyğularla dolu bir zaman – sanki yaddaşın ən dərin qatında gizlənib nəfəs alır. Və sanki külək indi də pıçıltı ilə o günləri xatırladır:“Əl çəkməyin dədə yurdum,Köhnə evin, əziz dərdim.Divar sussa da, nəfəsinHələ də içimdədirdi...”Ulusum.az

Diqqət Çəkənlər

Zərif görünən təhlükə: Qaranlıq empat kimdir və sizi necə ələ keçirir?

İtaliyada dəhşət: Ata COVID qorxusundan iki uşağını üç il meşədə gizlədib

Alman politoloqdan xəbərdarlıq: Tramp Ukraynanı Avropanın "boynuna qoyur"

Seçilən
12
16
ulusum.az

10Mənbələr