AZ

Bu gün 41 mindən çox abituriyent imtahan verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Yenisabah.az xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar iyunun 25-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər. pizza hut

II ixtisas qrupu üzrə imtahanda 18014, III ixtisas qrupu üzrə imtahanda isə 23470 nəfər olmaqla, ümumilikdə 41484 abituriyentin iştirakı nəzərdə tutulur.


Telegram kanalımız
Seçilən
4
3
yenisabah.az

10Mənbələr