Peter Rufai vəfat edib. Nigeriya yığmasının sabiq qapıçısı 61 yaşında dünyasını dəyişib.
"Football-plus.az" xəbər verir ki, o, Belçika, Niderland, İspaniya və Portuqaliyada bir sıra klublarda çıxış edib. Peter milli komanda ilə iki dəfə dünya çempionatında (1994, 1998) çıxış edib.
O, 1994-cü ildə Nigeriya ilə Afrika Millətlər Kubokunun qalibi olub. Sabiq futbolçu ümumilikdə yığmanın heyətində 66 oyun keçirib, Afrika Millətlər Kubokunun seçmə mərhələsinin Efiopiya ilə oyununda penaltidən 1 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta