AZ

Messi dubl etdi, “İnter Mayami” qələbə qazandı

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Monreal”la qarşılaşıb. Görüş “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 4:1.

Messi görüşdə 2 qol vurub, 1 məhsuldar ötürmə edib. Digər qolları Tadeo Allende və Telasko Seqoviya vurub.

“İnter Mayami” 17 oyundan sonra 32 xalla 6-cı sıradadır.

Seçilən
2
50
futbolpress.az

10Mənbələr