AZ

ABŞ-də güclü sel faciəsi: Ölənlərin sayı 50-yə çatdı, 27 uşaq hələ də itkindir

ABŞ-nin Texas ştatında yağan leysan yağışların yaratdığı güclü sel fəlakəti nəticəsində ölənlərin sayı 50-yə yüksəlib.

BAKU.WS xəbər verir ki, rəsmi şəxslər 27 qız uşağının hələ də itkin düşdüyünü və axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər.

Ən çox itki Kerr bölgəsində (43 nəfər), Burnet bölgəsində (3 nəfər) və Travis bölgəsində (ən azı 4 nəfər) qeydə alınıb. Ölənlər arasında 15 uşaq da var.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yüzlərlə nəfər sel zamanı düşərgə zonalarında çətinliklərlə qarşılaşıb və onların əksəriyyəti xilas edilib. Lakin 27 qız uşağı hələ də tapılmayıb və ümidlər getdikcə azalır.

Texas ştatının qubernatoru Greg Abbott Travis bölgəsini də əhatə edən fövqəladə vəziyyət elan edib. Həmin bölgə selin ən ağır yaşandığı Kerr bölgəsindən 130 mil şimal-şərqdə yerləşir.

Travis bölgəsi rəsmiləri əhaliyə müraciət edərək, su altında qalan yollardan uzaq durmağı, rəsmi orqanların göstərişlərinə əməl etməyi və təhlükəli ərazilərə geri dönməməyi tövsiyə ediblər.

Hazırda bölgədə hava şəraiti daha da pisləşir, bu səbəbdən əhaliyə maksimum ehtiyatlı olmaq çağırışı edilib.

Seçilən
16
17
far.az

10Mənbələr