“Milan”ın yeni baş məşqçisi Massimiliano Alleqri komandada yeni qadağalar qoyub. Msport.az xəbər verir ki, bu barədə “La Gazzeto dello Sport” nəşri yazıb.
57 yaşlı mütəxəssis paltardəyişmə otaqlarında və yeməkxanada telefonla danışmağı qadağan edib.
Bundan başqa, futbolçular səhər yeməyini və naharı mütləq klubun bazasında etməlidirlər.
Deyilənə görə, Alleqri qarşıdakı günlərdə başqa qadağalar da tətbiq etməyi düşünür.
Xatırladaq ki, italiyalı mütəxəssis mayın 30-da “Milan”ın sükanı arxasına keçib.
“Milan” ötən mövsüm A seriyasında yalnız 8-ci yeri tuta bilmişdi.