AZ

Burak “Uzak Şehir”in aktrisası ilə sevgilidir?

Türkiyəli aktyor Burak Dənizin həmkarı, “Uzak Şehir”in aktrisası Yaren Güldikenlə sevgili olduğu iddia edilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna onların Datçada birlikdə istirahət etdiyi anların kameralara düşməsi səbəb olub.

Y. Güldiken iddialarla bağlı danışaraq tətildə sadəcə Burakın deyil, başqa şəxslərin də olduğunu bildirib:

“Menecerimiz də orada olub və 6 nəfərlik tətil idi. Eyni idarəçi şirkətlə işlədiyimiz üçün bunu daha çox görəcəksiniz. Bir-birimizin həyatına ilk dəfə girməmişik, birlikdə iş görmüşük. Dostuq, sevgi yoxdur”.

Seçilən
2
8
qafqazinfo.az

10Mənbələr