Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir.
"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
"Bu gün 421 namizəd yazılı imtahanda iştirak edirlər. Onların 70 faizindən çoxu 40 yaşına qədər olan hüquqşünaslardır. Namizədlərin 45 faizi bölgələri, o cümlədən Naxçıvanı təmsil edir. Xanım namizədlərin də sayı kifayət qədərdir. Vəkillər Kollegiyası qarşısına qoyduğu məqsədlərə çatır: müntəzəm imtahanlar nəticəsində vəkillərin dayı artır", - A.Bağırov bildirib.
Onun sözlərinə görə, əsas məqsəd bütün vətəndaşların keyfiyyətli hüquqi yardımla təmin olunmasına yönəlib.
Qeyd edək ki, bu gün Azərbaycan Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilir.